Azərbaycanda minlərlə insan səhəri çaşqınlıq içində açdı

31-03-2019, 10:21           
Azərbaycanda minlərlə insan səhəri çaşqınlıq içində açdı
Bu gün səhər yuxudan oyanan insanların bir çoxu saatlarının 1 saat önə çəkildiyini görərək çaşqınlıq yaşayıb.

Publika.az xəbər verir ki, smartfon telefonlarda olan saatların proqram təminatı səbəbindən adi mexaniki saatlar arasında 1 saatlıq vaxt fərqi meydana gəlib.

Qeyd edək ki, 3 ildir ki, Azərbaycan yay vaxtına keçid ləğv olunub. Bu gün səhər isə bir çox vətəndaşlar telefonlarında saatın avtomatik bir saat irəli çəkilməsi problemi ilə qarşılaşıblar. Mütəxəssislər bu kimi hallarda telefonun proqram təminatının yenilənməsini və ya saatın əvvəlcədən tənzimlənməsini məsləhət görürlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru