Səudiyyəli hakerlər milyarderin telefonundan intim şəkilləri oğurlayıblar

31-03-2019, 10:50           
Səudiyyəli hakerlər milyarderin telefonundan intim şəkilləri oğurlayıblar
Səudiyyə Ərəbistanına işləyən hakerlər “Amazon” şirkətinin sahibi Ceff Bezosun telefonundan şəxsi məlumatları oğurlayıblar.

Bu barədə özəl məsləhətçi Qevin de Bekerin Daily Beast portalında yer alan araşdırmasında deyilir.

Beker iddia edir ki, Səudiyyə Ərəbistanı hökuməti Bezosa məxsus The Washington Post qəzetində jurnalist Camal Kaşıkçının ölümü ilə bağlı silsilə materiallar çap olunduqdan sonra milyarderdən qisas almaq qərarına gəlib.

Qeyd edək ki, American Media şirkətinə məxsus National Enquirer nəşri Bezosun jurnalist xanım Loren Sançeslə intim şəkilləri yayıb. Bildirilir ki, sözügedən nəşr bu şəkilləri Loren Sançesin qardaşından 200 min dollara alıb. American Media şirkətinin Bezosun telefonuna hakerlərin müdaxilə etməsindən məlumatlı olub-olmaması bilinmir.
moderator












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru