Peterburqda partlayış zamanı kursantlar dağıntı altında qalıb - Yaralılar var

2-04-2019, 21:58           
Peterburqda partlayış zamanı kursantlar dağıntı altında qalıb - Yaralılar var
Sankt-Peterburq şəhərində yerləşən A.F.Mojaysk adına Hərbi-Kosmik Akademiyanın ərazisində mina partlayıb.

"Qafqazinfo”nun "İnterfaks”a istinadən xəbərinə görə, hadisə nəticəsində 4 kursant xəsarət alıb.

Partlayış akademiyanın inzibati binalarından birində dərs zamanı baş verib.


Kursantlar və akademiyanın əməkdaşları binadan təxliyyə ediliblər.

***

Məlumata görə, partlayış nəticəsində binada pilləkənlərin olduğu hissə çöküb. 10 nəfərin dağıntı altında qaldığı ehtimal edilir.

Hazırda binada xilasetmə əməliyyatı aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru