Bu da İrana müalicəyə getməyin axırı: - 24 yaşlı gənc öldü

9-11-2015, 20:11           
Bu da İrana müalicəyə getməyin axırı: - 24 yaşlı gənc öldü
Ürəyində yaranan problemlərə görə müalicə üçün İrana gedən Azərbaycan vətəndaşı əməliyyatdan sonra dünyasını dəyişib.

24 yaşlı Taleh Təvəkkül oğlu Şərifov müalicə məqsədi ilə İrana gedib. O, bir müddət Tehrandakı xəstəxanalardan birində müalicə alıb. Daha sonra isə əməliyyat olunub. T.Şərifov əməliyyatdan sonra dünyasını dəyişib.

Onun yaxınlarının "Report"a verdiyi məlumata görə, mərhumun atası Təvəkkül Şərifov oğlunun cənazəsini Azərbaycana gətirmək üçün İrana gedib. Taleh Şərifovun cənazəsinin bu axşam Bakıya gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, dünyasını dəyişən gəncin atası Təvəkkül Şərifov Milli Azadlıq Hərəkatının və AXC Lənkəran təşkilatının öncüllərindən biri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru