10 erməni hərbçisi belə məhv edildi - Video

23-04-2015, 01:30           
10 erməni hərbçisi belə məhv edildi - Video
Müdafiə Nazirliyinin ötən gün Ermənistan Silahlı Qüvvələrilə baş vermiş döyüş toqquşmasında 5 nəfər erməni hərbçisinin ölümü, 10 nəfərədək yaralının olması barədə açıqlamasının ardınca, qarşı tərəfin daha bir ciddi itkisilə nəticələnən mina partlayışı xəbəri yayılıb.

ANS TV-nin məlumatına görə, təmas xəttində minaların partlamasını əks etdirən görüntülər yayılıb. Kadrlar cəbhənin Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə lentə alınıb.

Kadrlarda erməni hərbçiləri daşıyan iki maşının hərəkət etdiyi və ard-arda minaların partlaması görünür.
Ermənistan mətbuatının yaydığı mlumata görə, aprelin 21-də baş vermiş mina partlayışı nəticəsində 10 erməni hərbçisi ölüb. Yaralılar var.

Erməni mətbuatı qondarma soyqırımı qeyd etməyə hazırlaşan rəsmi İrəvanın bu məlumatı gizlətdiyini və Azərbaycan tərəfinin guya təxribat törətməsi barədə məlumatlar yaydığını qeyd edir.

Müdafiə Nazirliyi aprelin 21-də cəbhənin Tərtər istiqamətində erməni silahlı birləşmələri ilə döyüş toqquşması baş verməsi barədə məlumat yaymışdı. Həmin xəbərdə deyilir ki, qısa müddətli döyüşdə Azərbaycan Silahlı Qüvvələrin bölmələri düşmənə ağır zərbə endirib. Nəticədə düşmənin 5 hərbçisi məhv edilib,10 nəfərədək yaralısı var.

Bu arada Müdafiə naziri Zakir Həsənov təmas xəttində yerləşən bütün şəxsi heyətə hərəkət edən istənilən hərbi obyekti dərhal məhv etmək tapşırığı verib və bu əmr qeyd-şərtsiz yerinə yetirilir.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşdə müdafiə naziri diqqətə çatdırıb ki, Azərbaycan Silahlı Qüvvələrin bölmələri hər dəfə düşmənin atəş nöqtələrini susdurmaq məqsədilə effektiv cavab tədbirləri görür: "Azərbaycan ordusu işğalçıları məhv etməyə daim hazırdır. Silahlı qüvvələrin arsenalında, yerli və digər ölkələrin hərbi-sənaye komplekslərinin istehsalı olan keyfiyyətli, yüksək dəqiqliyə və geniş ərazidə dağıdıcı qüvvəyə malik, silahlanmaya qəbul edilmiş yeni silahlar sayəsində bu vəzifəmizi layiqincə yerinə yetirəcəyik".

[media=https://www.youtube.com/watch?v=R_yNe5K5uvc]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.