Kamil Zeynallı ölkəmizdəki ərəblərin BİABIRÇI GÖRÜNTÜLƏRİNİ yaydı: "Təbii ehtiyaclarını..."

23-07-2019, 14:37           
Kamil Zeynallı ölkəmizdəki ərəblərin BİABIRÇI GÖRÜNTÜLƏRİNİ yaydı: "Təbii ehtiyaclarını..."
Tanınmış idmançı Kamil Zeynallı sosial şəbəkə hesabında ölkəmizə turist kimi gələn ərəblərin biabırçı görüntülərini yayıb.

BiG.AZ xəbər verir ki, idmançının paylaşımında təbii ehtiyaclarını magistral yolun kənarında ödəyən ərəblərin fotosu yer alıb. Zeynallı paylaşımını belə şərh edib:

"Bu fotonu tanış bir xanım mənə göndərib. Ərəblər İsmayıllı -Qəbələ yolunu ayaq yolu ediblər. Bu yolla hamının anası-bacısı keçib-gedir. Düz yolun qırağında maşınlarını saxlayıb təbii ehtiyaclarını ödəyirlər. Bunları bura gətirən turizm şirkətləri məlumatlandırmalıdır. Ayıbdır Vallah, bir tədbir görün. Yoldan keçən sürücülərimizi də qınamıram, düşüb nəsə desələr başları ağrıyacaq... "













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru