Xəzər dənizində ailə faciəsi – Bacı-qardaş həlak oldu

25-07-2019, 22:12           
Xəzər dənizində ailə faciəsi – Bacı-qardaş həlak oldu
Xəzər dənizinin Bakının Pirşağı ərazisində bacı-qardaş batıb.

Teref.az İstipress-ə istinadən xəbər verir ki, Şəkinin Kiçik Dəhnə kəndindən olan və müvəqqəti olaraq Bakıda yaşayan Xəzər Rüstəmovun ailəsi dənizdə faciə yaşayıb.

Ailənin bu il 10-ci sinfi bitirmiş qızı Gülər və 5-ci sinfi bitirmiş oğlu Dəniz axşam saat 19 radələrində Pirşağı çimərliyində çimərkən boğulublar.

Onların dənizdə burulğana düşdükləri deyilir. Uşaqlar boğularkən bacı - ailənin digər qızı xilas edilib, ailə ikinci qızın ad gününə yığışıbmış.

Boğulan bacı-qardaş Şəkinin Kiçik Səhnə kəndindəki 2 saylı orta məktəbin şagirdləri olublar. Gülər qarşıdakı yeni dərs ilində 11-ci, qardaşı Dəniz isə 6-cı sinifdə oxuyacaqdı.

Mərhumlar bu gün Kiçik Səhnə kəndindəki qəbiristanlıqda dəfn edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru