İran gəmisi Xəzərdə niyə batdı? – Açıqlama

27-07-2019, 09:46           
İran gəmisi Xəzərdə niyə batdı? – Açıqlama
İran gəmisinin Xəzərdə batmasının ilkin səbəbi fırtınalı hava şəraiti olub.
Teref.az xəbər verir ki, bunu jurnalistlərə açılamasında Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisinin komandiri Nəhməd Quliyev deyib.

Onun sözlərinə görə, gözətçi gəmisi dövlət sərhədinin mühafizəsində olarkən baş komandanın nəzarət mərkəzi tərəfindən gəmiyə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin batma təhlükəsi barədə sos siqnalı daxil olub.

“Dərhal hadisə yerinə yollandıq. Fırtınalı hava şəraitinə baxmayaraq, batan gəminin doqquz nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edildi. Onlar arasında xəsarət alan yoxdur. Gəmi isə bir neçə saat sonra batdı”, – deyə komandir bildirib.

N. Quliyev onu da əlavə edib ki, qəzanın ilkin səbəbi gəmidə ağır yükün varlığı və fırtınalı hava şəraitinin olmasıdır: “Heyətin yeddi nəfəri iranlı, iki nəfəri isə hindistanlıdır”.

Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru