Bakıda küçədə 5 yaşlı qızı döyən şəxs axtarışa verilib

27-07-2019, 10:28           
Bakıda küçədə 5 yaşlı qızı döyən şəxs axtarışa verilib
Binəqədi rayonunda iki nəfərin döyülmə faktı qeydə alınıb.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dərnəgül qəsəbəsində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Elgiz Zeynalov və bacısı 2013-cü il təvəllüdlü Damla Zeynalova küçədə gedərkən orta yaşlı Elgün adlı şəxs tərəfindən döyülüblər.

O, əvvəlcə E.Zeynalovu döyüb. Bununla kifayətlənməyən şəxs 5 yaşlı D.Zeynalovanı da döyərək, ona bədən xəsarətləri yetirib.

Hələlik soyadı müəyyən edilməyən Elgün adlı şəxs Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarışdadır.

Hadisənin nə səbəbdən baş verdiyi dəqiq bilinmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru