Mingəçevirdə kütləvi dava - 3 nəfər bıçaqlanıb

27-07-2019, 10:33           
Mingəçevirdə kütləvi dava - 3 nəfər bıçaqlanıb
Mingəçevirdə 5 nəfər arasında düşən kütləvi davada 3 nəfər bıçaqlanıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə Nəsimi küçəsində baş verib.

Belə ki, şəhər sakinləri Elmir Hüseynov, Ceyhun Əhmədov və Sultan Səlimov bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı hadisənin 1980-ci il təvəllüdlü Razi Cəbrayıl oğlu Əliyev və 1990-cı il təvəllüdlü Kənan Ədalət oğlu Quliyev tərəfindən törədildiyi müəyyən olunub.

Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru