Məşhur rus jurnalisti 59 yaşında vəfat etdi

28-07-2019, 22:38           
Məşhur rus jurnalisti 59 yaşında vəfat etdi
"NTV" telekanalının qurucularından sayılan tarixçi, jurnalist həyatının 60-cı ilində vəfat edib.

“TASS” xəbər verir ki, bu barədə jurnalistin oğlu Tvitter səhifəsində yazıb: "Bu gün – iyulun 28-də Vladimir Alekseviç Kara-Murza vəfat etdi. O, tarixçi, televiziya jurnalisti, “NTV”-nin yaradıcılarından biri idi”.

Jurnalistin oğlu əlavə edib ki, vida mərasiminin yeri və vaxtı barədə əlavə məlumat verəcək.

Qeyd edək ki, “Vladimir Kara-Murza – Böyük” adı ilə məşhur olan rus jurnalisti 1959-cu ildə Moskvada anadan olub. O, Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib. NTV televiziya şirkətində "Itoqi", "Bu gün gecə yarısı" verilişlərində çalışıb. “TV-6” və “TVS” kanallarında "Qrani" proqramının aparıcısı olub.

Bir müddət “RTVi” telekanalında "Hazırda Rusiyada" və "Qrani Nedeli" verilişlərinin aparıcısı olub. 1995-ci ildə Rusiya Jurnalistlər Birliyinin "Rusiyanın Qızıl Qələmi" mükafatına layiq görülüb.

2005-2018-ci illərdə “Azadlıq” radiosunda redaktor və aparıcı kimi fəaliyyət göstərib.(apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru