65 min dollar təqaüd qazanan azərbaycanlı tələbə VƏFAT ETDİ - FOTOLAR

29-07-2019, 21:33           
65 min dollar təqaüd qazanan azərbaycanlı tələbə VƏFAT ETDİ - FOTOLAR
Türkiyənin Bilkent Universitetində təhsil alan azərbaycanlı tələbə İbrahim Abbasov vəfat edib.
Teref.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, universitetin Mexanika Mühəndisliyi fakültəsində təhsil alan həmyerlimiz iki gün öncə xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, İbrahim Abbasov kifayət qədər savadlı tələbə olub. O, vaxtı ilə Sabahın Alimləri yarışmasında qızıl medal qazanıb. Bundan başqa, liseyi qızıl medalla bitirib. Həmin il qəbul imtahanında 665 bal toplayaraq ali məktəbə qəbul olub. 2016-cı ildə isə ürkiyənin Bilkent Universitetinə 65,000 dollar (110 min 500 manat) ekvivalentli təqaüd qazanaraq pulsuz təhsil alma şansı qazanıb. 4-cu kursa hazırlaşan İbrahim Abbasov universitetin "Yüksək Şərəf” (High Honor) titullu tələbəsi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru