Almaniyada xəstəxanada yanğın: 1 ölü, 12 yaralı

31-07-2019, 07:36           
Almaniyada xəstəxanada yanğın: 1 ölü, 12 yaralı
Almaniyada xəstəxanada baş verən yanğında 1 nəfər ölüb, 12 nəfər yaralanıb. AzEuroNews.com xəbər verir ki, hadisə Köln şəhərində yerləşən Merhaym xəstəxanasında qeydə alınıb.

Yanğınsödürənlər xəstəxanada bir nəfərin yanmış cəsədini aşkarlayıblar. Xəstəxana rəhbərliyindən verilən məlumata görə, yanğın nəticəsində 12 xəstə tüstüdən zəhərlənib. Polisin məlumatına görə isə, bir tibb bacısı yanğın zamanı pəncərədən özünü atıb. Nəticədə o, yüngül xəsarət alıb.

Hələlik yanğının çıxma səbəbi məlum deyil. Ölən xəstənin özünü yandırdığı irəli sürülən iddialar sırasındadır. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru