Qaçqın məhkəmədə özünü yandırdı

3-08-2019, 05:44           
Qaçqın məhkəmədə özünü yandırdı
Belçikada sığınacaq istəyi rədd edilən qaçqın məhkəmə prosesi zamanı özünü yandırıb. AzEuroNews.com xəbər verir ki, hadisə Belçikanın Liege şəhərində qeydə alınıb. Belə ki, sığınacaq istəyi rədd edilən 49 yaşındakı qaçqın məhkəmə prosesi zamanı qəfildən üzərinə yanıcı bir maye tökərək alışqanla yandırıb.

Məhkəmə iççiləri ona dərhal müdaxilə ediblər. Təcili yardım çağırılıb və həmin şəxs xəstəxanaya çatdırılıb. Polisdən verilən açıqlamaya görə, hazırda özünü yandıran şəxsin vəziyyəti ağırdır.

Məlumat üçün bildirək ki, bu ilin ilk altı ayı ərzində Belçikada sığınacaq istəyi rədd edilən 6096 nəfər ölkəni tərk edib. Onlardan 767-si məcbur deportasiya edilənlərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru