Tramp Texasda baş vermiş atışma ilə bağlı münasibət bildirib:"Çox pis xəbər oldu"

4-08-2019, 09:36           
Tramp Texasda baş vermiş atışma ilə bağlı münasibət bildirib:"Çox pis xəbər oldu"
“Texas ştatının El Paso şəhərində dəhşətli atışma olub. Çox pis xəbər oldu. Çox sayda insan öldürülüb. Dövlət və yerli hakimiyyət orqanları ilə, eləcə də aidiyyəti orqanlarla intensiv əlaqə yaradılır”.

Bunu ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində Texasda baş vermiş silahlı insidentə münasibət bildirərkən qeyd edib.

Məlumat üçün bildirək ki, CNN telekanalının son xəbərinə görə, El Paso meri Di Marqon atəş açmaqda şübhəli bilinən üç nəfərin saxlanıldığını bildirib.

Qeyd edək ki, şənbə günü Texas şatatının El Paso şəhərində yerləşən “Walmart” ticarət mərkəzində atışma olub.
Hadisə nəticəsində 20 nəfər ölüb, 30 nəfər yaralanıb. Bu məlumat rəsmi təsdiqini tapmasa da, ölən və yaralananların artacağı istisna edilmir. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru