Texasda baş verən silahlı insident zamanı 20 nəfər ölüb - YENİLƏNİB-3

4-08-2019, 09:00           
Texasda baş verən silahlı insident zamanı 20 nəfər ölüb - YENİLƏNİB-3
ABŞ-ın Texas ştatında “Walmart” ticarət mərkəzində baş verən silahlı insident zamanı 20 nəfər ölüb.

Report RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Texas ştatının qubernatoru Qreq Abbott bildirib.

Şəhər polisinin rəhbəri Qreq Allen isə açıqlamasında 26 nəfərin yaralandığını deyib.

ABŞ-ın Texas ştatında “Walmart” ticarət mərkəzində baş verən silahlı insident zamanı 19 nəfər ölüb, 40 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı NBC News yayıb. Bir müddət öncə isə 18 nəfərin öldüyü, 20 nəfərin isə xəsarət aldığı bildirilirdi.

Artıq hadisəni törədən cinayətkarın kimliyi də açıqlanıb. O, 21 yaşlı Dallas sakinidir. Həmin şəxs ticarət mərkəzinə daxil olaraq ətrafdakı şəxslərə atəş açıb.

Bundan başqa polis baş verən hadisə ilə bağlı şübhəli şəxs qismində 3 nəfəri saxlayıb.

23:52 - 03.08. 2019 ***

ABŞ-ın Texas ştatında atışma olub. Report RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə El Paso şəhərində yerləşən “Walmart” ticarət mərkəzində qeydə alınıb.

Jurnalist Kamilla Rambaldi hüquq mühafizə orqanlarına istinadən bildirib ki, baş verən atışmada 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

El Paso şəhərinin polisi ticarət mərkəzində atəş açan şəxslərdən birinin həbs edildiyini açıqlayıb. Polisin bildirdiyinə görə, silahlı şəxslər bir neçə nəfər olub.

CNN-nin verdiyi məlumata görə, baş verən silahlı insidentlə bağlı artıq üç nəfər saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru