Mövlam Şıxəliyevin Novxanıdakı villasında axtarış - FOTO

17-11-2015, 14:23           
Mövlam Şıxəliyevin Novxanıdakı villasında axtarış - FOTO
MTN-nin Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin Novxanıdakı dənizkənarı villasında axtarış aparılıb.
Bu barədə Moderator.az-ı özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, prokurorluq əməkdaşları tərəfindən aparılan axtarış bir neçə saat davam edib. Axtarış nəticəsində “MTN işi” çərçivəsində mühüm əhəmiyyət kəsb edən bəzi sənədlərin aşkarlanaraq götürüldüyünü vurğulanır.
Məlumat üçün qeyd edək ki, M.Şıxəliyevin sözügedən villası Novxanı çimərliyində,əsasən laçınlı köçkünlərin məskunlaşdığı qaçqın düşərgəsinin yaxınlığındadır. Mənzərəsi bilavasitə dənizə açılan və içərisində bir neçə hovuzun olduğu villanın milyonlarla manat dəyərində olduğu iddia edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru