Yaponiyada tayfuna görə 150-dən çox təyyarə reysi ləğv olunub

6-08-2019, 06:21           
Yaponiyada tayfuna görə 150-dən çox təyyarə reysi ləğv olunub
Yaponiya aviaşirkətləri ölkənin cənub-qərb hissəsində tüğyan edən güclü “Fransisko” tayfununa görə 150-dən çox təyyarə reysini təxirə salmağa məcbur olub. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın İctimai televiziyası məlumat yayıb.

Qeyd olunur ki, bu günə qədər Kyusyu adasından ölkənin digər bölgələrinə nəzərdə tutulan 160-a yaxın daxili təyyarə uçuşu ləğv edilib. Pis hava şəraiti ölkənin cənub-qərbindəki dəmir yolu nəqliyyatında fasilələrə səbəb olub.

15 mindən çox insan təxliyyə barədə məlumatlandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru