Azərbaycanlıların qaldığı qaçqın yataqxanasında yanğın – VİDEO

7-08-2019, 07:50           
Azərbaycanlıların qaldığı qaçqın yataqxanasında yanğın – VİDEO
Almaniyada azərbaycanlı qaçqınların qaldığı yataqxanada yanğın baş verib. AzEuroNews.com xəbər verir ki, yanğın hadisəsi Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhərində, bir qaçqın yataqxanasında qeydə alınıb.

Bu barədə AzEuroNews.com–a məlumat verən həmvətənimiz bildirib ki, Albaniyadan olan bir qaçqın yaşadığı otaqda çarpayı və əşyaları üst-üstə yığaraq yandırıb. Yanğına görə, otaqdakı tüstü siqnalları çalışıb. Hadisə yerinə çoxlu sayda polis və yanğınsöndürən cəlb olunub.

“Burada 250-dən çox qaçqın qalır. Əksəriyyəti Balkan ölkələri, Rusiya, İran, Gürcüstan, Ermənistan və Azərbaycandandır. Yanğına görə sakinlər təxliyə edildi. Daha sonra alov söndürüldü. Deyilənə görə, otağı yandıran iki Alban vətəndaşını artıq tutublar”-deyə həmvətənimiz AzEuroNews.com -a bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru