Keçmiş vəkil məhkəmə zalında həbs edildi

7-08-2019, 10:04           
Keçmiş vəkil məhkəmə zalında həbs edildi
Avqustun 5-də Sumqayıt Şəhər Məhkəməsində xeyli miqdarda dələduzluqda ittiham edilən Vəkillər Kollegiyasının keçmiş üzvü Qəhrəman Pirməmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teref.az E-huquq.az-a istinadən xəbər verir ki, hakim Rövşən Xəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Q. Pirməmmədov 2 il 6 müddətinə azadlıqdan məhrum edilib.

Barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilən Q. Pirməmmədov məhkəmə iclas zalıdan həbs edilib.

İttihama görə, Q. Pirməmmədov 7 nəfər vətəndaşa qarşı 50 min manat məbləğində dələduzluq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru