Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovu daşıyan helikopter Gəncənin "Kəpəz" futbol klubunun yardımçı stadionuna enib. Teref.az BAKU.WS-ə istinadən xəbər verir ki, helikopter təxminən 2 saatdan artıq həmin ərazidə olub. Daha sonra isə oranı tərk edib.
İddialara əsasən, helikopterin içərisində Fazil Məmmədov da olub. Sabiq nazirin Gəncədəki özəl xəstəxanalardan birinə müayinəyə gəldiyi ehtimal edilir.