Rusiyada ötən gün ərzində meşə yanğınlarının sahəsi 10 faiz artıb
8-08-2019, 07:48
usiya Federasiyası ərazisində son 24 saat ərzində meşə yanğınlarının sahəsi 10 faiz artıb.
“Report” xəbər verir ki, bu barədə cümə axşamı "Avialesooxrana" Mərkəzi aviasiya meşə mühafizəsi bazası" federal büdcə təşkilatının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Rusiya bölgələridə yanğınlar 179,2 min hektaradək sahəyə yayılıb.
"Regional meşə təsərrüfatı dispetçer xidmətlərinin məlumatına görə, avqustun 7-si Rusiyada 12 min 667 hektar sahədə 27 meşə yanğını söndürülüb" - deyə məlumatda qeyd olunub.
Yanğınların kiçik hissəsi İrkutsk vilayətinə də toxunub: orada 74 yanğın tüğyan edir, meşə fondunun 113,5 min hektar sahəsini alov bürüyüb.
Alovun yayılması səbəbindən İrkutsk vilayəti, Krasnoyarsk diyarı, Buryatiya və Yakutiya respublikalarında fövqəladə vəziyyət elan olunub.