Kölndə uşaq meydançasında bomba tapıldı : 2500 nəfər təxliyə edildi

8-08-2019, 07:47           
Kölndə uşaq meydançasında bomba tapıldı : 2500 nəfər təxliyə edildi
Almaniyanın Köln şəhərində 2500 nəfər təxliyə edilib. AzEuroNews.com xəbər verir ki, buna səbəb Klettenberg qəsəbəsində tikinti zamanı İkinci Dünya Müharibəsindən qalan partlamamış bombanın tapılması olub.

Bir evin qarşısındakı uşaqlar üçün nəzərdə tutulan oyun meydançasında tapılan bombanın torpaq altından çıxarılması üçün əraziyə xüsusi polis dəstələri, yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb olunub.

500 metrlik ərazi mühafizə zolağı elan edilib. Ərazidə yaşayan 2500 nəfər təxliyə edilib.

Bomba xüsusi əraziyə aparılaraq orada zərərsizləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru