Bolnisinin Çatax (Poladauri) kəndində keşiş 6 inəyi güllələyib

8-08-2019, 12:48           
Bolnisinin Çatax (Poladauri) kəndində keşiş 6 inəyi güllələyib
Bolnisinin azərbaycanlılar yaşayan Çatax (Poladauri ) kəndində Mixail adlı keşiş kənd sakini Əli Əliyevin 6 inəyini meşədə müvəqqəti yaşadığı binə yaxınlığında güllələyib. GAXA-nın məlumatına görə, bu barədə kənd sakinləri xəbər veriblər.

Kənd sakini Haley Mehdiyevin GAXA-ya məlumatına görə, hadisə dünən axşam 20:00 radələrində baş verib.

Hadisə yerinə polis qrupu və baytar həkimləri gəliblər. Keşiş inəkləri güllələdikdən sonra hadisə yerindən qaçıb. Hazırda keşiş qəzəblənən kənd sakinləri tərəfindən axtarılır.

Bu saatlarda patrul polis nümayəndələri kənd sakinləri ilə söhbət aparırlar. Hələlik faktla bağlı cinayət işi qaldırılmayıb.

Sakinlər bildiriblər ki, “40-45 yaşlı Mixail adlı keşiş həmişə kefli halda kəndə gəlir və kənd saknlərini kənddən köçmələrini tələb edir və sakinləri istər kişi, istərsə də qadın olsun meşəyə buraxmır. O, dəfələrlə bildirib ki, mal-qaranı meşəyə buraxmayın. Əks təqdirdə, həm sizi, həm də mal-qaranızı güllələcəyik.”

Qeyd edək ki, Çatax kəndində 60 azərbaycanlı ailəsi yaşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru