Bank məlumatlarını ələ keçirib 43 milyon qazandılar - İnanılmaz dələduzluq
8-08-2019, 13:01
Bankaların internet saytlarını təqlid edərək dələduzluqla 43 milyon lirə qazanan dəstə saxlanılıb. “Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, İstanbul Şəhər Jandarma Komandanlığı tərəfindən keçirilən əməliyyatda 11 bankı təqlid edən cinayətkar qrupun 17 üzvü həbs olunub.
Dəstə üzvlərinin 11 bankı təqlid etdiyi, 48 min nəfərin bank məlumatlarını ələ keçirdiyi üzə çıxıb.
Məlumta görə, ötən ilin avqustundan bəri həmin dələduz qrupun 39 üzvü həbs olunub.