Azərbaycanda keçmiş bankir holdinq yaradıb

8-08-2019, 18:58           
Azərbaycanda keçmiş bankir holdinq yaradıb
Vergilər Nazirliyi eyni adlı 4 şirkəti dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, söhbət “Abrar Consulting”, “Amrar Med” və “Abrar Investment” MMC-lərdən, eləcə də onları bir çətir altında birləşdirəcək “Abrar Group” MMC-dən gedir.

Bunlardan sonuncunun nizamnamə kapitalı 2 000 manat, digər 3 şirkətin nizamnamə kapitalı isə 1 000 manatdır. Onlar eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 44/46-da qeydiyyatdan keçib. 4 kommersiya qurumunun hamısının qanuni təmsilçisi Heydər Rza oğlu İbrahimovdur.

Xatırladaq ki, H.İbrahimov keçmiş bankirdir. O, 1988-ci ildə Bakıda “Universal Bank”ı təsis edib. Bu maliyyə qurumu 2001-ci ildə adını “Kövsər Bank”a, 2014-cü ildə isə “Synergy Group”a satılması ilə əlaqədar adını “Caspian Development Bank”a dəyişib, 2017-ci ildə isə “Atabank” ASC-yə birləşib. Yeri gəlmişkən, yeni şirkətlərin hüquqi ünvanı vaxtilə "Kövsər Bank"ın baş ofisinin yerləşdiyi ünvanla eynidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru