AAYDA-nın maşını qəzaya düşdü: 1 ölü, 4 yaralı

24-09-2019, 11:40           
AAYDA-nın maşını qəzaya düşdü: 1 ölü, 4 yaralı
Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.
Teref.az "Reporta" istinadən xəbər verir ki, hadisə rayonun Xanabad kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobillə "Picap" markalı avtomobil toqquşub.

Qəza zamanı ağır bədən xəsartələri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb.

Şəki Şəhəri Böyük Dəhnə kənd sakinləri - Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Tural Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğlu (1991) xəsarət alıb.

Ölən və xəsarət alanların hamısı "VAZ-2106" markalı avtomobildə olub.

Qəzada iştirak edən "Mitsubishi" markalı "Picap" avtomobili "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə (AAYDA) məxsusdur.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru