Vurğun Əyyubla vida mərasimi bu unvanda keçiriləcək - Məkan

24-09-2019, 16:50           
Vurğun Əyyubla vida mərasimi bu unvanda keçiriləcək - Məkan
Ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, uzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olmuş Vurğun Əyyub bir qədər öncə vəfat etdi.

Gununsesi.org xəbər verir ki, Vurğun Əyyubla vida mərasimi bu gün saat 4-də keçiriləcək. Cənazə yaşadığı mənzilin qarşısından qaldırılacaq.

Mərhum Hövsan qəsəbəsindəki “Dədə Qorqud” qəbiristanlığında bu gün dənf olunacaq
Məlumat üçün bildirək ki, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, bina 29/42A (Məhəmməd Hadi küç., 2-ci kvadratla üzbəüz bina) ünvanında yaşayırdı.
Qeyd edək ki, V.Əyyub uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.