“Facebook” on minlərlə proqramı blokladı - SƏBƏB

25-09-2019, 20:59           
“Facebook” on minlərlə proqramı blokladı - SƏBƏB
Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” məlumat itkisi ilə bağlı qalmaqaldan sonra on minlərlə proqramı bloklayıb.

Unikal.org “ictnews”a istinadla xəbər verir ki, son ildə “Facebook” dəfələrlə istifadəçi məlumatlarının itkisi ilə bağlı qalmaqalların mərkəzində olub.
Məsələn, Britaniyanın “Cambridge Analytica” analitik şirkəti “Facebook”un 87 milyondan çox istifadəçisinin məlumatını qanunsuz toplayıb. Şirkət bu informasiyadan seçicilərin siyasi maraqlarının öyrənilməsi məqsədilə istifadə edərək onlara müvafiq reklam nümayiş etdirib.
Bu hadisə ilə əlaqədar olaraq “Facebook” şirkəti 400 tərtibatçının on minlərlə proqramını bloklayıb. Şirkət istifadəçilərin fərdi informasiyasına girişə malik olan sosial şəbəkəyə yüklənmiş təxminən 1 milyon proqramı yoxlayıb. Bundan başqa, “Facebook” administrasiyası istifadəçilərin müraciətini də nəzərə alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru