Bu tarixdən etibarən bütün avtobuslar kart sisteminə keçəcək

26-09-2019, 12:53           
Bu tarixdən etibarən bütün avtobuslar kart sisteminə keçəcək
Qala, Pirallahı, Mərdəkan, Bilgəh, Buzovna, Maştağa qəsəbələri istiqamətində yeni avtobusların istifadəyə verilməsi nəzərdə tutulur.
“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev ötən gün açılışı baş tutmuş Koroğlu Mübadilə Mərkəzində keçirilən mediatur zamanı deyib. Bildirib ki, yeni avtobuslar daha çox sərnişinlərin narazı olduğu marşrut xətlərinə verilib:

“Bu il 300 yeni avtobus gətirilib və ilin sonuna kimi bütün avtobuslar sərnişinlərin istifadəsində olacaq. Yeni ildən bütün avtobusların kart sisteminə keçirilməsi nəzərdə tutulub. Bu, bir-iki xətt istisna olmaqla həyata keçiriləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru