Rusiyada ayı deputatı parçalayıb

5-10-2019, 17:20           
Rusiyada ayı deputatı parçalayıb
Rusiyanın Yakutiya əyalət məclisinin keçmiş deputatı Aleksandr Krılov Oymyakon rayonunda ayı hücumu nəticəsində ölüb.
Bizimyol.info xəbər verir ki, bununla bağlı “RİA Novosti” əyalətin bələdiyyə sədr İqor Vodovozova istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Krılov yoldaşları ilə birlikdə ova gedən zaman ayı ona hücum edib. Əvvəlcə deputat ayıya atəş açıb. Yerə yıxılan heyvana yaxınlaşan zaman isə yaxınlıqda olan digər ayı ona hücum çəkib.

Onun cəsədi Tomtora çatdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru