Azərbaycanlı oliqarxların bazasında xüsusi əməliyyat
3-12-2015, 23:36
Azərbaycanlı oliqaxlar Qod Nisanov, Zarah İliyev və onların biznes kampanyonları İlham Rəimovun Moskvadakı nəhəng “Food City” topdansatış ərzaq bazasında minlərlə şüşə ölümcül zəhərli saxta alkoqol aşkar edilib.
Bu barədə Rusiya KİV-ləri yazır.
Əməliyyat bu topdansatış bazasından ticarət şəbəkələrinə paylanan saxta alkoqoldan Moskva ətrafında bir neçə nəfərin ölməsindən sonra hüquq-mühafizə orqanları tərəfindən keçirilib.
İstintaq bildirir ki, saxta alkoqollu içkilər elə bazanın ərazisindəki sexlərdə hazırlanır. Bunlar elit alkoqol markaları altında hazırlanan saxta içkilər, o cümlədən “Bacardi Superior” romu, “Tsarskaya oxota”, “Belaya beryozka” və digər markalardan olan araqlardır.
Ticarət bazasının ərazisində saxta içkilər hazırlayan sexlər də aşkar edilib. Faktla bağlı cinayət işi qaldırılıb.
“Food City” hazırda Moskvanın ticarət şəbəkəsini ərzaq məhsulları və meyvə-tərəvəzlə təchiz edən əsas topdansatış bazasdır. Moskvadakı çoxsaylı bazarların bağlanmasından sonra topdansatış ərzaq və meyvə-tərəvəz ticarəti Azərbaycandan olan da yəhudiləri Qod Nisanovla Zarah İliyevin, habelə prezident Vladimir Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimovun əlində cəmləşib.
Onlar Moskvanın indiki meri Sergey Sobyaninin dəstəyi ilə nəhəng topdansatış bazası inşa ediblər.
“Food City” açılanda onun dünya standartlarına uyğun əzaq bazası olacağı bildirilmişdi. Lakin indi Rusiya mətbuatı yazır ki, “Food City” Telman İsmayılovun qalmaqallı “Çerkizovsk” bazarını xatırladır. Bu günlərdə Rusiya telekanallarından biri bazanın ətrafını bürümüş üfunət və zibillik, antisanitariya barədə reportaj hazırlamışdı.
Bazanın ərazisində saxta içkilər hazırlayan gizli sexlərin və minlərlə şüşə saxta içkinin aşkar edilməsindən sonra həkimlər və hüquq-mühafizə orqanları həyacan təbili çalır. Belə ki, bu saxta içkilərin ticarət məntəqələrində paylandığı ehtimal edilir və Yeni il ərəfəsində zəhərlənənlərin sayının artacağı istisna deyil.
Bildirilir ki, bazanın ərazisində saxta içkilər hazırlayan sexlərin sahibləri azərbaycalılardır.
Rusiya məbuatı “Food City”də baş verənlər haqda yazmaqla bərabər onun sahiblərindən birinin - Qod Nisanovun Türkiyə elitası ilə sıx münasibətlərini də qabartmağa başlayıb. Rusiyanın Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra Rusiyada türk iş adamlarının sıxışdırılması artıq başlayıb.
“Naşa versiya” isə yazır ki, Qod Nisanov vaxtilə öz ad gününü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqamətgahında qeyd etmişdi. Bu baxımdan Türkiyə ilə geniş biznes əlaqələrinə malik biznesmenlərdən biri kimi onun hədəfə gələcəyi istisna deyil.savaş/