Günəşli yatağında 10-cu platforma yanır: 84 nəfər neftçi alovun içində qalıb

4-12-2015, 21:22           


28 May NQÇİ-nin Günəşli yatağında 10-cu platforma yanır.
teref.az bildirir ki, bu barədə Neftçilərin Huquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə yazıb.
Platformada xeyli neftçinin qaldığını deyən M. Qəhrəmanlı vəziyyətin gərgin olduğnun bildirib.
Neftçilərdən birinin məlumatına görə kəskin hava şəraiti xilasedici qayığı dənizə buraxmağa imkan vermir.
SOCAR rəhbərliyi bu dəqiqlərdə məlumat yayacaq.Vitse prezident Rəhman Qurbanovun rəhbərliyi altında komissiya yaradılıb.Platformada 84 nəfər işləyir.
Mirvari Qəhrəanlının verdiyi xəbərə görə,10-cu platformadan təxliyyə başladı.Hələ ki,işçilər kiçik qayıqlardadır.Yanğınsöndürən gəmi yan almağa çalışır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru