Rafil Hüseynovun oğlu gecə klubunda dava salıb - QALMAQAL

4-12-2015, 22:18           
Rafil Hüseynovun oğlu gecə klubunda dava salıb - QALMAQAL
İçkili vəziyyətdə olan Şəhriyar Hüseynovu mühafizəçilər və klubun rəhbərliyi güclə sakitləşdirib

Hələ bir müddət əvvəl xəbər vermişdik ki, Masallının icra başçısı Rafil Hüseynovun oğlu Şəhriyar Hüseynov mütəmadi olaraq Bakının aparıcı gecə klublarına baş çəkir və orada əylənir.

Arqument.az «İnfo Masallı» səhifəsinə istinadən xəbər verir ki, oğul Hüseynovun hətta gecə klublarından birində çılpaq qızların əhatəsində fotoları da yayılmışdı. İddia edilirdi ki, icra başçısının oğlu hər gün ətrafında bir neçə qızla klubları gəzir və hər dəfəsində 3-4 min manat hesab verir.

Dünən isə bununla bağlı daha bir maraqlı məlumat yayılıb. Arqument.az-a daxil olan məlumatlarda vurğulanır ki, Şəhriyar Hüseynov təkcə əylənmir, həmçinin arada-sırada dava da salır.

Məlumatı verən mənbə iddia edir ki, bir müddət əvvəl icra başçısının oğlu Yasamal rayonu ərazisində yerləşən gecə klublarından birində dava-dalaş salıb. İçkili vəziyyətdə yanından keçən şəxsin hərəkətlərindən xoşlanmayan oğul Hüseynov, çöldə onun qarşısını kəsərək dava salıb.

Aranı sakitləşdirmək istəyən mühafizəçilərə də əl qaldıran Şəhriyar Hüseynovu güclə sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, hadisənin baş verdiyi məkanın adı bizə məlum olsa da, bəzi dəqiqləşdirmələr səbəbindən hələlik açıqlamırıq.

Yazıda adıçəilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.