Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev həbs edilib.
Redaksiyamıza daxil olan məlumata görə, Cahangir Hacıyev barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Sabiq bankir Cinayət Məcəlləsinin 178.3.2 - dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə və 179.3.2 - külli miqdarda mənimsəmə maddələri ilə ittiham edilir.
“Qafqazinfo” xatırladır ki, Cahangir Hacıyev DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”) keçirdiyi gizli əməliyyat nəticəsində tutulub.
O, 17 oktyabrda vəzifəsindən uzaqlaşdırılan Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır. Hacıyevin bir neçə dəfə həbs olunduğu xəbəri yayılsa da, məlumatlar öz təsdiqini tapmamışdı.