Qarabağ əlilləri müraciət yaydılar

6-12-2015, 12:31           

teref.aznun poçtuna Qarabağ əlillərinin müraciəti daxil olub. Müharibə zamanı sağlamlıqlarını itirmiş bu insanlar məmur burokratiyasından şikayətçidirər!
Müraciəti sizə təqdim edirik!
Azərbaycan Respublikasında yerləşən bütün Məhkəmə, dövlət orqanlarına müraciət.
Qarabağ Müharibə əliləri.
Ə R İ Z Ə
Qeyd edirik ki, bizi kimi SSR-i Silahlı Qüvvələrində tam xidmət edib, sonra Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Qarabağ Müharibəsində əlil olan mindən çox hərbi qulluqçuların şəxsi işləri oktyabr 2015-ci ilədək Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən məlumat vərəqələri tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamentinə göndərilmişdir. Bu barədə müəyyən araşdırmalar aparsanız, tam şahidi olacaqsınız ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsi Qarabağ müharibə əliləri ilə mübarizə aparır, məqsədləri nədir, bilinmir.
Ancaq noyabr 2015-ci il tarixdən etibarən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinin vəzifəli şəxsləri biz əlilərlə ədalətsiz olaraq mübarizə aparır, bizi incidirlər, hüquq və azadlıqlarımızı tapdalayırlar.
Gündə biz əlilərin əleyhinə bir ədalətsiz qərar çıxarırlar, biz yarıcan əliləri məcbur edirlər ki, məhkəmələrə müraciət edək.
Ümüdümüz Sizədir hörmətli Hakimlər, güman edirik ki, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq bizə kömək edəcəksiniz.
SSRİ Silahlı Qüvvələrində müddətdli həqiqi hərbi xidmətdə, Azərbaycan Respublikasında Müddətdən Artıq Həqiqi Hərbi Xidmətdə olmağımızı təsdiq edəsiniz.
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №li qərarının 2.10.1-ci bəndində göstərilmişdir ki,müddətdən artiq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsili olan, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar.
Göstərilən qanun bunu təsdiq edir ki, biz həqiqətən müddətdən artıq hərbi qulluqçu hesab edilirik, ancaq Maliyyə və Büdcə idarəsi bunu təsdiq etmək istəmir, daha doğrusu əvvəl təsdiq edirdi, noyabr ayından sonra yox, biz əlilər nə edək ki, hansısa hərbi hissə komandiri əmr verib, bizi müddətdən artıq hərbi qulluqçu kimi əmrləşdirməyib, buna bizmi günahkarıq, günah həmin komandirlərindi, gedin onları axtarın onlardan tələb edin. Biz yarı can insanları incitməyin. Hətda müraciət edirik bizə bildirirlər ki, guya Dövlət Sosial Müdafiə Fondu sənədləri qəbul etmir.
Hörmətli Cənab Prezdentimiz İlham Əliyev biz əlilərə öz diqqət və qayğısın əsirgəmir, lakin Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsi bizlə mübarizə aparır bu nə deməkdir, biz əlillərə qarşı ölkə rəhbəri bizə bəslədiyi diqqət və qayğını Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsi inkar edir.
Yoldaş Nazir xahiş edirik Maliyyə və Büdcə idarəsi barədə ciddi tədbir görün, bizə kömək edin. Biz sağlamlığımızı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itirmişik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.