"Azpetrol"a yeni baş direktor təyin edildi

7-12-2015, 21:17           
"Azpetrol"a yeni baş direktor təyin edildi
“Azpetrol” LTD” MMC-nin baş direktoru vəzifəsinə yeni təyinat olub.

Şirkətdən verilən məlumata görə, bu vəzifəyə Ceyhun Məmmədov təyin edilib.

Ceyhun Məmmədov 1999-cu ildən "Azpetrol" şirkətində müxtəlif vəzifələrdə çalışır.

Baş direktor vəzifəsinə təyin olunmazdan öncə o, şirkətin Əməliyyat Departamentinin rəhbəri olub.

Xatırladaq ki, “Azpetrol” şirkətinin baş direktoru Hüseynağa Rəhimov "elmi işini davam etdirmək üçün öz xahişi ilə" dekabrın 5-də vəzifəsindən azad ediləndən sonra bu post boş idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru