İcra başçısının qalmaqallı fotosu ilə bağlı Açıqlam

8-12-2015, 12:19           
İcra başçısının qalmaqallı fotosu ilə bağlı Açıqlam
Salyan imperatoru gül çələngi ilə.......
Salyanın icra başçısı Tahir Kərimovun sosial şəbəkələrdə yayılan və qalmaqala səbəb olan fotosu ilə bağlı açıqlama verilib.

Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov AzVision.az-a açıqlamasında bildirib ki, icra başçısının fotosu Gül Bayramı ilə bağlı keçirilən tədbirlər zamanı çəkilib.

“Bu foto bir gül kompazisiyasıdır. İcra başçısı tədbirə gedən zaman uşaqlar onu güllərlə qarşılayıblar. Bu əvvəlcədən planlaşdırılmış şəkildə baş tutub. Bu baxımdan yazılanların heç biri doğru deyil. Bu, şantaj və böhtandır. İki il bundan öncə keçirilən tədbirdə çəkilən fotonu bəzi adamlar sosial şəbələrdə qəsdən paylaşıblar. Bütün bunlar şantaj və qarayaxma kampaniyasının tərkib hissəsidir”-deyə Rəşad Cəbrayılov qeyd edib.
P.S İcra başçısının müavininin verdiyi bu açıqlama nədənsə çox gülünc görünür. Əgər bu foto montaj olsa idi onda Salyan İcra hakimiyyətinin açıqlamasını başa düşmək olardı. lakin fotoda göründüyü kimi icra başçısı Hid filmlərinin həppi endindəki kimi qaliblər çələnginin altından bir imperator şəsti ilə keçir.
Birdə əgər belə deyilsə görəsən Salyan İcra hakimiyyəti bu fotonu niyə öz saytından təcili sildirib.
Hər halda imperator çələngi icra başçısına baş ucalığı yox baş ağrısı gətirəcək.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.