Eldar Mahmudova məxsus hektarlarla torpaq sahəsi üzə çıxdı - Akif Çovdarov amili müstəsna rol oynayıb
8-12-2015, 20:47
Sabiq MTN generalı Akif Çovarovun Masazırda nəhəng istixana kompleksinə, hektarlarla torpaq sahəsinə malik olduğu kimsəyə sirr deyil.
Bugünlərdə etibarlı mənbədən Moderator.az-a daxil olan məlumatda, keçmiş MTN rəhbəri Eldar Mahmudovun da Masazırda hektarlarla əraziyə malik olduğu ilə bağlı maraqlı informasiya yer alıb.
Bu barədə saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, sabiq nazirə məxsus torpaq sahələri Masazırdakı “Qurtuluş” yaşayış kompleksi ilə “Villa Badam” kompleksi arasındakı ərazidə yerləşir:
“E.Mahmudova məxsus torpaq sahəsi Abşeron rayonunun Masazır qəsəbəsində ən perestijli ərazilərdən biri hesab edilən sahədə - “Qurtuluş”la “Villa Badam” ərazisindəki sahədə yerləşir. Hektarlarla torpaq sahəsinin E.Mahmudov tərəfindən necə mənimsənilməsinə gəlincə, bu məsələdə Akif Çovdarov amilinin müstəsna rol oynadığı birmənalıdır.
Sadə vətəndaşların sıxışdırılması, həbs edilməsi və döyülməsi hesabına özünə Masazırda böyük bir imperiya quran, hektarlarla torpağa əl qoyn A.Çovdarov, həyata keçridiyi “torpaq ekspansiyası” fonunda öz nazirini də unutmayıb. A.Çovdarov “özünəməxsus üsullarla” on hektarlarla ərazini qısa zamanda E.Mahmudovun şəxsi mülkiyyətinə çevirib ki, bu torpaqlar bu gün də E.Mahmudova yaxın şəxslərin mülkiyyətindədir”.
Mənbənin məlumatına görə, “MTN işi” çərçivəsində E.Mahmudova məxsus bir çox ticarət mərkəzi və şirkətlər, avtomobillər salonları və marketlər aşkar edilsə də, Masazır və bu qəbildən olan “gözdən uzaq” yerlərdə sabiq nazirə məxsus yüz hektarlarla torpaq sahəsinin mövcudluğu şübhəsizdir. Hansı ki, aparılacaq araşdırma bu torpaqların üzə çıxarılmasını təmin edə bilər.