Fuad Qəhrəmanlının həbsinə qərar verildi – Məhkəmə keçirilir
8-12-2015, 23:34
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı dekabrın 8-də evindən polis tərəfindən aparılıb. Bu barədə həyat yoldaşı, yazıçı Zümrüd Yağmur sosial şəbəkədə məlumat verib. “Artıq saatlardır ki, ondan hec bir xəbər ala bilmirəm. Telefonu bağlıdır. Bu xəbəri də ona görə yazmıram ki qorxuram. Yox. Sadəcə bilmənizi istədim. Davam edir 37…” F.Qəhrəmanlının yeri dəqiq məlum olmasa da, onun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparıldığı ehtimal olunur. Çünki gələnlər onu adıçəkilən idarəyə getməyə dəvət ediblər. İş günü başa çatdığından prokurorluqdan bu barədə şərh almaq mümkün olmayıb. Bu dəqiqələrdə məlum olub ki, Prokurorluq Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbiri seçilmək üçün təqdimat verib. Bu dəqiqələrdə F.Qəhrəmanlı Nəsimi rayon Məhkəməsinə aparılıb. Məlumatı vəkil Fəxrəddin Mehdiyev verib.