Ulu öndər ,Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi zəngin məzmunlu, müxtəlif formalı tədbirlərlə anılır.

9-12-2015, 11:02           

İsmayıllı rayon icra hakimiyyəti ümummilli liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər planı hazırlamış, bütün icraçıların, mətbuat, təhsil işçiləri, ictimaiyyət, gənclər və idman təşkilatları nümayəndələrinin iştirakı ilə müzakirə etmiş, keçiriləcək tədbirləri proqramlaşdırmışdır. Anım gününə həsr olunmuş dəyirmi masa arxasında söhbətlər, idman turnirləri, Heydər Əliyev siyasətinin müxtəlif istiqamətlərinə həsr olunmuş siyasi-ideoloji konfranslar rayonun bütün yaşayış məntəqələrini və təşkilatlarını əhatə edir.
8 dekabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda keçirilən “Heydər Əliyev idarəetmə məktəbinin növbəti məşğələsi elmi-tarixi əhəmiyyəti, əhatə miqyası ilə daha möhtəşəm olmuşdur. Tədbirdən əvvəl İsmayıllı-Şamaxı magistral yolunun başlanğıcında iştirakçılar yüzlərlə ağac əkib, sonra Heydər Əliyev Mərkəzinə gəliblər.
“Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusuna həsr olunmuş məşğələni giriş sözü ilə “Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Əzizə Vahabova açıb
Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxılıb.
Təbii fəlakət nəticəsində həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH aparatının baş məsləhətçisi Murad Məhərrəmov,Topçu kənd tam orta məktəbin direktoru Xavər Allahverdiyeva, Təzəkənd tam orta məktəbinin tarix müəllimi Hacalı Səlimov və təhsil işçisi Rəşid Məmmədov ümummilli liderin Azərbaycançılıq məfkurəsinə konkret istiqamətlərindən yanaşmaqla çıxış ediblər.
Rayon icra hakimiyyətinin başçısı, “Heydər Əliyev idarəetmə məktəbi”nin təsisçisi və rəhbəri Mirdaməd Sadıqov ətraflı, elmi təhlilə əsaslanan çıxışı ilə Azərbaycan tarixinin Heydər Əliyev epoxasını yüksək səviyyədə xarakterizə edib.
Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş və dahi şəxsiyyətin xoşladığı mahnı və şeirlər ifa olunub.
Onu da qeyd etmək lazımdır ki, “Heydər Əliyev idarəetmə məktəbi” təsis olunduqdan sonar Ulu öndərin ideoloji - siyasi irsinə, anım və xatirə günlərinə həsr olunan və Heydər Əliyevin adı ilə bağlı tədbirlər burada keçirilir.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.