Ermənistanda kəşfiyyat rəisi həbs edildi - Azərbaycana casusluq üstündə

9-12-2015, 12:43           
Ermənistanda kəşfiyyat rəisi həbs edildi - Azərbaycana casusluq üstündə
Ermənistan Milli Təhlükəsizlik Xidməti bu ölkənin vətəndaşı, 38 yaşlı Armavir vilayətinin sakini, ehtiyatda olan zabit Qarik Marutyanı Azərbaycanın xüsusi xidmət orqanları ilə uzun illər əməkdaşlıq etdiyinə görə həbs edib. Modern.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, kompleks operativ kəşfiyyat tədbirləri nəticəsində ehtiyatda olan mayor, uzun illər müxtəlif hərbi hissələrdə kəşfiyyat xidmətinin rəisi işləyən Marutyan dekabrın 4-də saxlanılıb.

O, sosial şəbəkə vasitəsilə Türkiyədə fəaliyyət göstərən Azərbaycanın xüsusi xidmətçiləri ilə əlaqə quraraq, dövlət sirri hesab edilən məlumatları ötürməkdə təqsirkar bilinir.

Keçmiş zabitə qarşı vətənə xəyanət ittihamı ilə cinayət işi qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru