Gömrük sərhədini keçən fiziki şəxslərlə bağlı qaydaya DƏYİŞİKLİK

20-12-2019, 11:05           
Gömrük sərhədini keçən fiziki şəxslərlə bağlı qaydaya DƏYİŞİKLİK
Gömrük sərhədini keçən fiziki şəxslərlə bağlı qaydaya Nazirlər Kabineti “Giriş-çıxış və qeydiyyat” idarələrarası 2 avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nda dəyişikliklər edib.

Trend-in məlumatına görə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırılmış, dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış fiziki şəxslərə gömrük nəzarəti formaları tətbiq ediləcək.

Qaydaya edilən əlavəyə görə, gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatlar, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir. Eyni zamanda, müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru