Yasamalda güllələnən 30 yaşlı gənc öz avtomobili ilə xəstəxanaya gedib- TƏFSİLAT

23-12-2019, 03:40           
Yasamalda güllələnən 30 yaşlı gənc öz avtomobili ilə xəstəxanaya gedib- TƏFSİLAT
Bakının Yasamal rayonu, Şərifzadə küçəsində silahlı insident baş verib.

“Report” xəbər verir ki, 1989-cu il təvəllüdlü Muradov Zülfü mübahisə etdiyi naməlum şəxs tərəfindən tapança ilə güllələnib.

Yaralı vəziyyətdə olan Muradov Zülfü öz avtomobili ilə xəstəxanaya gəlib.

Həkimlərin müayinəsindən sonra məlum olub ki, xəsarət alan şəxs sinə nahiyəsindən üç güllə yarası alıb.

O, dərhal əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru