Kürdili adasının "Robinzon" ləqəbli son sakini vəfat edib - VİDEO

7-01-2020, 03:41           
Kürdili adasının "Robinzon" ləqəbli son sakini vəfat edib - VİDEO
Neftçalada yerli sakinlərin “Robinzon Kruzo” ləqəbi verdikləri şəxs - Vitali Pronin dünyasını dəyişib.

Hadisə axşam saatlarında Kürdili adasında baş verib.

Adada tək-tənha yaşayan Vitali Pronin özü haqqında çəkilişlərdən bir qədər sonra evində vəfat edib.

Qeyd edək ki, Kürdili ötən əsrin 80-ci illərinə kimi rayonun ən abad kəndlərindən biri olub. Xəzər dənizində suyun səviyyəsi qalxdığından kəndin bir hissəsi su altında qalıb. Bununla da Kürdili adaya çevrilib. Bundan sonra adada yalnız Proninlər ailəsi qalıb. Vitali Pronin də adanın son sakini idi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru