Ukraynanın İranda qəzaya uğrayan təyyarəsinin sərnişinlərinin hamısı həlak olub - YENİLƏNİB - FOTO

8-01-2020, 09:16           
Ukraynanın İranda qəzaya uğrayan təyyarəsinin sərnişinlərinin hamısı həlak olub - YENİLƏNİB - FOTO
Ukraynanın İranda qəzaya uğrayan təyyarəsinin sərnişinlərinin hamısı həlak olub - YENİLƏNİB - FOTO
8 Yanvar, 2020 08:44


"Tehranda qəzaya uğramış Ukrayna təyyarəsində sərnişinlərin sağ qalma ehtimalı sıfıra bərabərdir".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İSNA agentliyinə "Qırmızı Aypara" təşkilatının rəhbəri Mürtəza Səlimi bildirib.

"Ehtimal ki, sərnişinlərdən sağ qalan yoxdur", - deyə o bildirib.

Qeyd edək ki, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Qəza zamanı təyyarədə 180 nəfər olub.

***07:41

İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Təyyarə uçuşdan az sonra yerə düşüb. Hava limanının rəhbəri məlumatı təsdiqləyib. Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilir.

Qeyd edilir ki, hadisə zamanı təyyarədə 180 nəfər olub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru