Maşallah Əhmədov həbs edildi - veteran futbolçuya cinayət işi açılıb

15-12-2015, 14:45           
Maşallah Əhmədov həbs edildi - veteran futbolçuya cinayət işi açılıb
Azərbaycan futbolunun ən güclü hücumçularından olmuş Maşallah Əhmədovun həbs xəbəri yayılıb.

Dia.az Bizimyol.info-ya istinadən xəbər verir ki, veteran futbolçuya cinayət işi açılıb. O, 72 min manatlıq dələduzluqda ittiham olunur.

Xatırladaq ki, Maşallah Əhmədov 1977-ci ildən “Neftçi” klubunda oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru