Baş prokurorluq soydaşımıza zor tətbiq edən rus polisini belə təqib etdi - Rəsmi açıqlama
17-12-2015, 13:31
Sankt-Peterburqda İ.Rəcəbəliyevaya və onun ailə üzvlərinə qarşı qanunazidd hərəkətlərə yol vermiş polis əməkdaşları barəsində cinayət işi başlanmışdır. Bu barədə DİA.AZ-a baş prokurorluqdan verilən məlumatda deyilir.
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 2015-ci ilin iyulunda Sankt-Peterburq şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan İradə Rəcəbəliyevaya və onun yetkinlik yaşına çatmayan övladlarına qarşı zorakılıq hərəkətlərinə yol vermişpolis əməkdaşlarıbarəsində qanunamüvafiq tədbirlər görülməsi ilə əlaqədar Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət edilmişdir.
Müraciət əsasında Rusiya Federasiyasının İstintaq Komitəsi müvafiq araşdırmalar aparmaqlahəmin ölkənin Cinayət Məcəlləsinin 286-cı (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlamışdır.
Cinayət işinin istintaqı RusiyaBaş Prokurorluğunun nəzarətinə götürülməklə polis əməkdaşalrı tərəfindən İ.Rəcəbəliyevaya qarşı yol verilmiş qanunazidd hərəkətlərin araşdırılması istiqamətində müvafiq istintaq tədbirləri davam etdirilir.