Azərbaycan Neft Fondunun Moskvadakı 133 milyon dollarlıq obyekti bağlanır

17-12-2015, 15:51           
Azərbaycan Neft Fondunun Moskvadakı 133 milyon dollarlıq obyekti bağlanır
Moskvanın mərkəzində yerləşən “Aktyor Qalereyası” ticarət kompleksi faliyyətini dayandırır.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda RBC agentliyi bildirir.

“Aktyor Qalereyası” ticarət kompleksi Azərbaycan Dövlət Neft Fondunun mülkiyyətindədir. Fond binanı xarici ölkələrdə kommersiya təyinatlı daşınmaz əmlaka investisiya yatırılması siyasəti çərçivəsində satın alıb.

Xəbərə görə, hazırda ticarət mərkəzinin qarşısında binanın yanvaın 10-dan etibarən fəaliyyətini dayandıracağını bildirən elan asılıb. Mərkəzin bağlanacağını onun əməkdaşları da təsdiq edir. Bildirilir ki, bəzi mağazalar yanvarın 10-nu gözləmədən fəaliyyətini dayandıracaqlar.

Əməkdaşlardan biri deyib ki, bina rekonstruksiya olunacaq və gələcəkdə orada univermaq açıla bilər.

Ticarət mərkəzini idarə edən “Tverskaya, 16” ASC binanın bağlanması haqda suala cavab verməyib.

“Aktyor Qalereyası” 1996-cı ildə “Aktyorlar evi”nin yanan binasının yerində açılıb. Bu, Moskvada ilk biznes-mərkəzlərdən biri idi. Binanın mülkiyyətçisi olan “Tverskaya, 16” ASC-nin səhmlərinin 100 faizi Azərbaycan Dövlət Neft Fonduna məxsusdur.

Fond binanı 2012-ci ildə 133 milyon dollara almışdı. Binanın yenidən nə vaxt açılacağı haqda heç bir məlumat yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.