Ermənilərə qarşı çıxış edən azərbaycanlıya cinayət işi açıldı - Şahidlər də var imiş...

17-12-2015, 20:20           
Ermənilərə qarşı çıxış edən azərbaycanlıya cinayət işi açıldı - Şahidlər də var imiş...
Rusiyanın Rostov vilayətində milliyətcə azərbaycanlı olan Alik İbrahimov saxlanılıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ermənilər əleyhinə çağırışlara görə Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsi ilə (milli zəmində qarşıdurma yaratmaq) barəsində cinayət işi açılan İbrahimov, Çelinsk rayon məhkəməsində hakim qarşısına çıxarılacaq.

“İstintaqdan verilən məlumata görə, vətəndaş İbrahimov Çelinsk rayonunda çoxsaylı şahidlərin qarşısında milli zəmində nifrət yaratmağa yönələn və ermənilərə qarşı fiziki zorakılığa səsləyən çağırışlar edib”, - yerli polis idarəsi belə açıqlama verib.

Azərbaycanlının təqsiri sübut olunarsa, onu 100-300 min rubl arasında cərimə, 360 saata qədər ictimai işlərlə məşğul olma, 1 ildən 4 ilə qədər icbari iş, yaxud həmən müdddətə azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru